Mingəçevirdə Triatlon üzrə Azərbaycan çempionatı keçirildi - Fotolar

23:52 03-09-2023 | icon 887
Mingəçevirdə Triatlon üzrə Azərbaycan çempionatı keçirildi - Fotolar

Mingəçevir şəhərində yerləşən Kür Olimpiya Tədris-İdman mərkəzində Azərbaycan Triatlon Federasiyası, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, “Smart Scoring”in dəstəyi, “ALUFAR”ın baş sponsorluğu və “Eco Product”un sponsorluğu ilə Triatlon üzrə Azərbaycan çempionatı keçirilib.

Yarışın qalibləri aşağıdakı kimi olub:

10-13 yaş oğlanlarda Nihad Quliyev, qızlarda Zəhra Cavadzadə, 14-17 yaş oğlanlarda Əli Rzazadə, qızlarda Radha Şabanova, 18 yaşdan yuxarı kişilərdə Toğrul Məmmədli, qadınlarda Kseniya Voronina ölkə çempionu olublar.

Komanda yarışında Olimpiya məsafəsində qadınlar üzrə birinci yeri Səfərova Aysel, Yevkina Svetlana, Əzizova Lalə ibarət komanda tutub.

Kişilərr isə Musa Mikayılzadə, Cəfər Məmmədov, Cəlal Süleymanovdan ibarət komanda medallara sahib olub.

 
 
 
 
 

Medalları gənclər və idman naziri Fərid Qayıbov, Mingəçevir şəhər icra başçısı İlham İsmayılov, Azərbaycan Triatlon Federasiyasının prezidenti Fərid Fərhadzadə və digər rəsmilər təqdim ediblər.

Mükfatlandırmadan sonra Azərbaycan Triatlion Federasiyasının Prezidenti Fərid Fərhadzadə jurnalistlərə açıqlama verib:

“Triatlon çox çətin idman növüdür. Buna baxmayaraq, bugünkü yarışda 100 iştirakçı var. Onların 41-i yeniyetmədir. Azərbaycan Triatlon Federasiyası olaraq məqsədimiz bu idman növünü ölkədə tanıtmaq, idmançıların sayını artırmaqdır. Triatlon üzrə yerli idmançılar yetişdirmək istəyirik. Əvvəl idmançıların sayı çox az idi. Qarşıya qoyduğumuz hədəflərə uyğun olaraq regionlardan da yeniyetmələri cəlb edirik. Məsələn, son bir ayda Sumqayıt şəhərindən triatlon idman növünə dörd idmançı cəlb etmişik”, - deyə o bildirib.

Federasiya prezidenti hazırda triatlon üzrə ölkə çempionatının Mingəçevir şəhərində hər il keçirilməsi üçün müzakirələr aparıldığını vurğulayıb: “Bu, ilk triatlon yarışıdır. İnanıram ki, gələn il ölkə çempionatı daha yüksək səviyyədə keçəcək. Prezident İlham Əliyev tərəfindən regionlarda yüksək səviyyəli idman kompleksləri inşa edilib. Məqsədimiz həmin komplekslərdən istifadə etmək, məşqçilərlə məqsədyönlü sistem qurmaq, uşaqları triatlona cəlb etməkdir”.

F.Fərhadzadə gələn il “IRONMAN” brendini ölkəyə gətirməyi planlaşdırdıqlarını da açıqlayıb.

 

 









Digər xəbərlər

0.23698401451111