“Neftçi” rusiyalı futbolçu transfer etdi

11:37 05-09-2023 | icon 615
“Neftçi” rusiyalı futbolçu transfer etdi

Rusiyalı futbolçu Reziuan Mirzovun karyerasını “Neftçi”də davam etdirəcək. 30 yaşlı yarımmüdafiəçi artıq Bakı klubunda tibbi müayinədən keçib.

 
 

Səhhəti ilə bağlı heç bir problemi olmayan Moskva “Spartak”ının sabiq üzvü bu gün “ağ-qaralar”la münasibətləri rəsmiləşdirəcək. Onun sözləşmə müddəti cari mövsümün sonunadək nəzərdə tutulub. Mirzov yay fasiləsində ölkəsinin “Ximki” klubundan ayrıldığından, “Neftçi”yə azad agent kimi keçir.

Qeyd edək ki, Reziuan Mirzov 2020-ci ildən bəri “Ximki”nin formasını geyinib. O, bu müddət ərzində 67 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə verib.


Digər xəbərlər

0.25454211235046