Qızıldaş qəsəbəsində yeni istirahət parkının açılışı - Fotolar
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev”ili elan edilməsi ilə bağlı Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib.
Keçirilən tədbirlər çərçivəsində Qızıldaş qəsəbəsi, 180 nömrəli tam orta məktəbin yanında sahəsi təxmini 2 hektar olan boş ərazidə yeni park salınıb.
Əhalinin asudə vaxtlarının keçirilməsi məqsədi ilə salınmış yeni istirahət parkının 5 sentyabr 2023-cü il tarixində açılışı olub.
Qeyd edək ki, salınmış istirahə parkında hər birinin sahəsi 9 kv.m olan 4 söhbətgah, 512 kv.m. ölçüdə 1 mini futbol stadionu (32mx16m), 13 ədəd taxta oturacaq, 10 ədəd urna (tullantı qabı), içərisində uşaqların oynaması üşün müxtəlif yelləncəklər və s. olan meydança quraşdırılıb.
Eyni zamanda həmin əraziyə 6800 kv.m.asfalt örtüyü vurulub, 25 zeytun ağacı əkilib, 2600 ədəd dekorativ ağac, 480 ədəd mövsümi çiçək, 30 ədəd dekorativ şar formalı ağac, 15 ədəd böyük dekorativ ağac, 150 ədəd oleandr kolu əkilmiş və 480 kv.m. yaşıl ot örtüyü salınıb.
Parkda ümumilikdə 1176 kv.m. hörgü işləri, 1820 kv.m. suvaq işləri, 2600 kv.m. emulsiya ilə rəngləmə işləri görülüb.
Həmçinin 1450 u/m yolda cizgi (xətləmə) işləri görülüb, (50 sm) -2220 u/m səki bardürü düzülüb, 6 ədəd (12 plafon) işıq dirəyi basdırılıb, 2 ədəd projektor quraşdırılıb, 380 kv.m. üzlük aqlay işləri, 408 kv.m. yağlı boya işləri, 400 u/m su xətti (dm=20) çəkilib.
Əlavə olaraq 212 kv.m. dəmir tor məhəccərlər və 1 ədəd su çəni quraşdırılıb.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...