Azərbaycan səfirliyindən Tiqran Balayana “xoş gəldin” mesajı - Foto

06:58 07-09-2023 | icon 938
Azərbaycan səfirliyindən Tiqran Balayana “xoş gəldin” mesajı - Foto

Ermənistanın Belçikadakı səfiri və bu ölkənin Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri Tiqran Balayan Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyinin “X”dakı səhifəsini izləməyə başlayıb.

Bununla bağlı Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyi “X” sosial şəbəkəsində maraqlı paylaşım edib.

 
 

“Cənab səfir Tiqran Balayan, Azərbaycan səfirliyinin hesabına xoş gəlmisiniz. Özünüz üçün çoxlu aydınladıcı və düşündürücü məlumatlar tapacaqsınız”, - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, iki gün öncə Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi ilə Tiqran Balayan sözügedən ölkənin Belçikadakı səfiri və Ermənistanın Avropa İttifaqı yanındakı nümayəndəliyin rəhbəri təyin edilib.

 

 

Digər xəbərlər

0.21180295944214