Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 13-14 sentyabr tarixində Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək.
“Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparacaq. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışacaq.
Əsas hədəflərindən biri ölkəmizdə avarçəkmə idman növünün populyarlığını artırmaq, kütləviliyi təmin etmək olan AKAF bu məqsədlə Azərbaycan çempionatında əsasən yeniyetmə və gənc idmançıların iştirakına üstünlük verəcək.
Qaliblər medal və diplomla mükafatlandırılacaq. Fərqlənən avarçəkənlər gələcəkdə yığma komandanın heyətinə cəlb olunmaqla yanaşı oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaq.
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...
-
FIFA prezidenti “Qarabağ”ı təbrik etdi
...
-
15 mindən çox iştirakçı Bakı Marafonuna qoşuldu
...
-
Ölkə idmanında növbəti tarixi uğur - Hidayət Heydərov 4 qat Avropa Çempionudur!
...
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...