Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı

21:59 11-09-2023 | icon 1368
Nazir yeni tədris ili ilə bağlı əmr imzaladı

2023/2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində (beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının tədrisi istisna olmaqla) 15 sentyabrda başlayıb, 14 iyunda başa çatacaq.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı Əmrdə bildirilib.

Qeyd olunub ki, 2023/2024-cü tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq. Eyni zamanda Azərbaycan dilinin dövlət dili kimi tədrisinə nəzarətin gücləndirilməsi məsələsi də əmrdə yer alıb.

Əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunub.


Digər xəbərlər

0.28340291976929