İlin ən möhtəşəm gənclər tədbiri – “Gənc Fest”
21-24 sentyabrda Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə “Gənc Fest” festivalı keçiriləcək.
Su İdmanı Sarayı ərazisində yerləşən Avropa Oyunları Parkında 4 gün davam edəcək tədbirə 16 yaşdan 29 yaşadək hər kəs qatıla bilər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi, gənclərlə görüşünün 30 illiyinə həsr olunan festivalda gənclər üçün bir-birindən maraqlı və interaktiv fəaliyyətlər təşkil olunacaq, iştirakçılar sertifikat qazanmaq şansı əldə edəcəklər.
Festival günlərində canlı musiqi, DJ və əyləncəli proqramlar gənclərə rəngarəng anlar yaşadacaq.
Unudulmaz gənclər tədbirinə qatılmaq istəyənlər www.gencfest.az səhifəsində qeydiyyatdan keçə bilərlər. Tədbir məkanına giriş yalnız qeydiyyat kartı ilə mümkündür. Onlayn qeydiyyatdan keçdikdən sonra qeydiyyat kartları (akkreditasiya) sentyabrın 18-dən 20-dək BEGOC Biznes Mərkəzinin 1-ci mərtəbəsində yerləşən BCC Akademiyadan (saat 09:00-dan 19:00-dək) şəxsiyyət vəsiqəsini göstərməklə götürmək olar.
-
"DreamLand" qolf akademiyasında "Lexus Trophy 2024" turniri keçirilib
...
-
Elman Nəsirov: Avarçəkmə Azərbaycanda bu qədər populyar olmamışdı
...
-
“Prezident Kuboku 2024” beynəlxalq reqatasının paradı keçirilib - FOTO
...
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...