“Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir
12 sentyabr tarixindən, Zərdab sakinləri rayon mərkəzində yenilənmiş “Nar” mağazasında
daha üstün müştəri xidmətləri ala bilərlər. Zardab rayonu, Azərbaycan prospektində
yerləşən mağaza nömrələrin satışı, bərpası və dublikasiyası da daxil olmaqla bir sıra xidmətlər,
geniş çeşidli mobil telefonlar, cihazlar və aksessuarlar təklif edərək müştərilərinin ehtiyaclarını
ödəməyə hazırdır.
“Nar” müştəriyönümlülük strategiyasının bir hissəsi kimi bu ilin sonuna qədər ölkə üzrə
ümumilikdə 11 mağazanın yeni konseptdə təqdim edilməsi ilə bağlı plan həyata keçirir. Bu plan
“Nar”ın bütün ziyarətçilərinə yüksək səviyyəli xidmət göstərmək, onların ən son mobil
texnologiyadan istifadə etmələrini təmin etmək məqsədi daşıyır.
“Nar” mağazalarının geniş siyahısı və təklif olunan xidmətlər haqqında ətraflı məlumat üçün
nar.az/map ünvanındakı rəsmi səhifəyə daxil olun.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri
göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli
qiymət qarşılığında üstün xidmət təqdim edir.
-
Bu gündən siqaret və alkoqollu içkilər bahalaşır
...
-
“Nar” Azərbaycan Voleybol Federasiyasının rəsmi tərəfdaşıdır
...
-
2024-cü ildə yaşayış minimumu bu qədər olacaq
...
-
“Nar” satış şəbəkəsinin təmsilçiləri ilə görüş keçirib
...
-
Ağbulaq İstirahət Mərkəzi növbəti qış turizmi mövsümünə hazırdır
...
-
“Nar” Xankəndidə keçirilən tarixi futbol görüşünü dəstəkləyir
...
-
“Nar” Şərurda yeni mağazasını təqdim etdi
...
-
“Nar” və “NETTY” ölkənin ən yaxşı internet təşəbbüslərini mükafatlandırdı - Fotolar
...
-
“Azeri Light”ın bugünkü qiyməti açıqlandı
...
-
“Nar” Qarabağda şəbəkə əhatəsini genişləndirir
...