Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçirilir - Fotolar
Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə Mingəçevirdə avarçəkmə üzrə Azərbaycan çempionatı keçirilir.
Yarışların ilk günündə, 13 sentyabr tarixində rəsmi açılış mərasimi baş tutub.
Açılış mərasimində çıxış edən rəsmilər ölkəmizdə dövlət tərəfindən idmana, idmançılara göstərilən diqqətdən söz açıb. Qeyd olunub ki, bu gün ölkəmizdə irimiqyaslı idman tədbirləri təşkil olunur, idmançılarımız müxtəlif beynəlxalq turnirlərdə uğurlu nəticələr qazanır. Bu da dövlət başçısı Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Azərbaycan idmanına xüsusi qayğısının nəticəsidir.
Açılış mərasimindən sonra yarışlara start verilib. “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan çempionatda Bakıdan və Mingəçevirdən olan 100-ə yaxın idmançı mübarizə aparır. İştirakçılar akademik avarçəkmə, həmçinin kayak və kanoe növlərində birincilik üçün yarışır.
Azərbaycan çempionatına sabah yekun vurulacaq. Qaliblər medal və diplomla mükafatlandırılmaqla yanaşı fərqlənən idmançılar oktyabrda təşkil ediləcək beynəlxalq Mingəçevir Reqatasında mübarizə aparmaq şansı qazanacaq.
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində finalçılar müəyyənləşib
...
-
Avarçəkmə Federasiyası “Bakı Marafonu-2024”də iştirak etdi - Fotolar
...