Vitse-spiker yüksək bal toplayan gənclərlə görüşdü - Fotolar

14:37 15-09-2023 | icon 1118
Vitse-spiker yüksək bal toplayan gənclərlə görüşdü - Fotolar

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev qəbul imtahanlarında yüksək bal toplayan Nərimanov rayon sakinləri ilə görüşüb.

Görüşdə dövlət başçısı tərəfindən qəbul edilmiş “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün” Dövlət Proqramlarından bəhs edən sədr müavini, Azərbaycan vətəndaşlarının dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində dövlət hesabına təhsil almasından,  müasir elm, bilik və texnologiyalara yiyələnməsinin vacibliyindən bəhs edib. 

 
 
 

Adil Əliyev, həmçinin ölkəmizdəki ali təhsil mühitindən, universitetlərdə müasir infrasturkturların qurulmasından, laboratoriyaların yaradılmasından, eləcə də müəllim və professor heyətinin qazandıqları nailiyyətlərdən danışıb.

Sonda yüksək bal toplamış gənclərə təhsil müddətlərində istifadə etməkləri üçün planşetlər və digər qiymətli hədiyyələr verilib.

 

 



Digər xəbərlər

0.23751711845398