Prezidentin 150 yaşlı məktəblə bağlı tapşırıq verdiyi həmin an - Video

20:47 15-09-2023 | icon 758
Prezidentin 150 yaşlı məktəblə bağlı tapşırıq verdiyi həmin an - Video

Bu gün Heydər Əliyev Fondu tərəfindən bir sıra rayonlarda yeni inşa olunan və əsaslı təmir edilən məktəb binaları istifadəyə verilib.

Qəbələnin Nic qəsəbəsində istifadəyə verilən məktəblə bağlı 2 il öncə Prezident İlham Əliyev qəsəbəyə gəlişi zamanı tapşırıq verib.

Belə ki, Prezident İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 2021-ci ilin may ayında Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində Fondun apardığı bərpa işləri ilə tanışlığı zamanı Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili dövlət başçısına burada 150 yaşı olan məktəbin təmiri ilə bağlı müraciət etmişdi. 

 
Məktəbin istifadəyə verilməsi ilə bağlı qəsəbə sakinləri, müəllimlər  Prezident İlham Əliyev və Heydər Əliyev Fonduna təşəkkürlərini bildiriblər.

“Prezident İlham Əliyev qəsəbəyə gəlmişdi. Məktəbin təmiri ilə bağlı Prezidentə müraciət etdik. Və demək olar ki, həmin gün təməl daşı qoyuldu və məktəbin inşası başladı”, - deyə Robert Mobili qeyd edib.

 

 
 
 

Digər xəbərlər

0.31604504585266