Hacı Əliyev mübarizəyə qoşulur, 3 güləşçimiz medal görüşünə çıxır


Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.
Maqomedxan Maqomedov (97 kq) 1/16 finalda serbiyalı Strahinya Despiçlə qarşılaşacaq.
Qadın güləşçilərdən isə Alyona Kolesnik (59 kq) 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.
Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. Turan Bayramov (74 kq) və Orxan Abbasov (79 kq) bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
-
AFFA De Byaziyə görə fövqəladə iclas keçirəcək
...
-
Azərbaycan Kuboku: II təsnifat mərhələsinin cütləri müəyyənləşib
...
-
De Byazi jurnalistləri təhqir etdi, baş katib üzr istədi
...
-
Bu gün Belçika - Azərbaycan matçı var
...
-
“Neftçi” “Zenit”i məğlub etdi
...
-
7 saatlıq ürək əməliyyatı və ya 10 il əvvəl bitməli olan karyera...
...
-
Sumqayıtda basketbol bayramına start verilib
...
-
Möhtəşəm qələbənin videoicmalı
...
-
Azərbaycan millisi İsveçə qarşı
...
-
Qurban Qurbanov haqqında film çəkildi - Video
...