Hacı Əliyev mübarizəyə qoşulur, 3 güləşçimiz medal görüşünə çıxır


Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatı davam edir. Bu gün Azərbaycanın daha iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev (65 kq) təsnifat mərhələsində Çin təmsilçisi Şauhua Yuanla üz-üzə gələcək.
Maqomedxan Maqomedov (97 kq) 1/16 finalda serbiyalı Strahinya Despiçlə qarşılaşacaq.
Qadın güləşçilərdən isə Alyona Kolesnik (59 kq) 1/8 finalda Bolortuya Xurelxuu (Monqolustan)/Kristina Sazikina (Belarus, neytral status) cütünün qalibi ilə görüşək.
Bu gün həmçinin daha üç sərbəst güləşçi medal qarşılaşmasına çıxacaq. Osman Nurmaqomedov (92 kq) finalda qazaxıstanlı Rizabek Aytmuxanla güləşəcək. Turan Bayramov (74 kq) və Orxan Abbasov (79 kq) bürünc medal uğrunda güləşəcəklər. Onların rəqibləri təsəlliverici duellərdən sonra bəlli olacaq. Bayramov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edə bilər.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 24-də başa çatacaq.
-
Möhtəşəm MMA beynəlxalq döyüş növü Bakı arenasında
...
-
Hidayət Heydərov Avropa çempionu oldu
...
-
“Neftçi” Cəlilabadda qalib gəldi
...
-
Minifutbol millimiz üçüncü yer uğrunda matçda uduzdu
...
-
Nazirlik rəsmisi: "Dünya çempionatının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisədir"
...
-
Millimiz üçün DÇ-nin finalına gedən yolda son sınaq
...
-
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının püşkü atılıb
...
-
Premyer Liqada “Zəfər turu” başlayır
...
-
Azərbaycan millisi dünya çempionatının yarımfinalında!
...
-
“Finalın harda keçiriləcəyi bilinmir” - PFL prezidenti
...