Önəmli coğrafi region, əməkdaşlığın yeni formatı

16:26 18-09-2023 | icon 97
Önəmli coğrafi region, əməkdaşlığın yeni formatı

Prezident İlham Əliyevin cari ilin 14 sentyabr tarixində Düşənbədə Mərkəzi
Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü çərçivəsində çıxışında deyildiyi kimi,
nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan
Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit
ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı
qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar
üçün açıqdır.
Şərq-Qərb marşrutu ilə yükdaşımalara artan tələbatı təmin etmək məqsədilə
Bakı-Tbilisi-Qars dəmir yolu tərəfimizdən müasirləşdirilir. Gələn il həmin yol ilə
daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel
olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona
qədər artırılır.
Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına
malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə
alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal işlər
aparılır. Yeni sərmayə layihələri başa çatdıqdan sonra istehsal olunan tanker və quru
yükdaşıyan gəmilərin sayı bu gün ildə 6 gəmidən 10-15 gəmiyə qədər artacaq.
Daha böyük həcmdə tranzit yüklərini cəlb etmək üçün tariflərin
optimallaşdırılmasını, tənzimləyici və gömrük prosedurlarının sadələşdirilməsini və
ahəngdarlığını təmin etmək zəruridir. Tranzit daşımaların şəffaflığının və daşımalar
prosesinin iştirakçıları üçün bərabər şərtlərin təmin edilməsində mühüm meyarlardan
biri Şərq-Qərb nəqliyyat dəhlizinin rəqəmsallaşdırılmasıdır. Ölkələrimiz arasında
əməkdaşlığın yeni sahəsi fiber-optik infrastrukturun yaradılmasına yönəlmiş və
üzərində fəal çalışdığımız “Rəqəmsal İpək Yolu” layihəsidir
Bildiyimiz kimi, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin
əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin
hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfər də çoxşaxəli tərəfdaşlığın
daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək, yəni münasibətlər yeni
inkişaf mərhələsinə yüksələcək.

Eyvaz Məmmədov
ADPU Cəlilabad filialının müəllimi


Digər xəbərlər

0.18400716781616