Azərbaycan-Tacikistan münasibətlərinə qısa baxış

16:26 18-09-2023 | icon 750
Azərbaycan-Tacikistan münasibətlərinə qısa baxış

Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk
dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur. Son illər dünyada
baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi
səylər göstərməyi tələb edir. Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi
Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin
başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin
genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.
Prezident İlham Əliyevin Tacikistana rəsmi səfəri ilə iki ölkə arasında
münasibətlərin inkişafında yeni mərhələnin əsası qoyuldu. Müzakirə olunan
mövzuların mahiyyətinə, formasına, məzmununa əsasən bu səfər və razılaşmalar
münasibətlərimizin gələcək inkişafı üçün bünövrə olacaq. Müxtəlif sahələri əhatə
edən mühüm sənədlərin imzalanması ilə bundan sonra əlaqələrin inkişafı üçün
hüquqi baza formalaşdırıldı.
Prezident İlham Əliyev bu səfərin Mərkəzi Asiyas dövlətləri arasında dostluq,
qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verəcəyini bildirərək onların
beynəlxalq təşkilatlarda ənənəvi olaraq bir-birini dəstəklədiklərini və bu dəstəyin
ölkələrimiz üçün çox əhəmiyyətli olduğunu vurğuladı.
Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının
genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb
arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi
Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz
ölkəmizin ərazisindən həyata keçirilir.
. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda
müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat
şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur
layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit
mərkəzinə çevrilməkdədir. Şərq-Qərb dəhlizi Avropa ilə Asiya arasında ən qısa,
təhlükəsiz və iqtisadi baxımdan səmərəli bağlantı olaraq Avrasiya məkanında
sərnişin və nəqliyyat daşımalarının gücləndirilməsinə böyük töhfə verəcək.

Arif Nəcəfov,
Cəlilabad rayon Statistika İdarəsinin rəisi


Digər xəbərlər

0.25050592422485