Tarixi əlaqələrin dinamikası artan xətt üzrə inkişaf edir

16:28 18-09-2023 | icon 583
Tarixi əlaqələrin dinamikası artan xətt üzrə inkişaf edir

Prezident İlham Əliyev cari ildə qardaş Tacikistana ikidəfə səfər edib. Cari ilin
aprel ayında baş tutmuş səfər çərçivəsində qəbul olunmuş qərarlar və imzalanmış
sənədlər münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdi. Azərbaycanı və
Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır.
Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri
xüsusi əhəmiyyətə malikdir.İ ki ölkə arasında diplomatik münasibətlər 1992-ci il
mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə
Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.İki ölkə arasında ümumilikdə
57 sənəd, o cümlədən 2007-ci il martın 15-də “Azərbaycan Respublikası və
Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”
imzalanıb.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Tacikistan
parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.Tacikistan
Respublikasının Ali Məclisinin hər iki palatasında Azərbaycanın Milli Məclisi ilə
parlamentlərarası dostluq və əməkdaşlıq qrupu mövcuddur.
İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli
Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də
Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli
Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib.Azərbaycan Dövlət
Aqrar Universiteti ilə Ş.Şotemur adına Tacikistan Dövlət Aqrar Universitetinin
əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.
2022-ci ildə Azərbaycanın Tacikistan ilə ticarət dövriyyəsinin həcmi 5,95
milyon ABŞ dolları olub. 2023-cü ilin yanvar-fevral ayları üzrə ticarət dövriyyəsi isə
824,59 min ABŞ dolları təşkil edib.Tacikistandan Azərbaycana 4,4 milyon dollar,
Azərbaycandan Tacikistana isə 1,5 milyon dollar investisiya qoyulub.
Əminik ki, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi, lazımi dövlət
dəstəyinin göstərilməsi əlaqələrin daha da inkişaf etməsinə köməklik göstərə bilər.
Vüsal Kazımov
“Azərpoçt” MMC Cəlilabad Regional Poçt filialının rəisi


Digər xəbərlər

0.24350500106812