Səttar Möhbalıyev: “Azərbaycan yalnız öz ərazisində olan qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatı keçirir”

15:47 19-09-2023 | icon 762
Səttar Möhbalıyev: “Azərbaycan yalnız öz ərazisində olan qanunsuz silahlı birləşmələrə qarşı antiterror əməliyyatı keçirir”

“Ermənistan işğalına son qoyulduqdan keçən bu 3 il müddətində Azərbaycanın
səylərinə baxmayaraq, təcavüzkar dövlət heç bir halda sülhə gəlmədi. Üzərinə
götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozur, müxtəlif hərbi
təxribatlarla çirkin əməllərini davam etdirməyə çalışdı. Açıqlanan son məlumata
görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan
ərazisində 10 min nəfərdən çox erməni silahlı qüvvələri qanunsuz olaraq hələ də
qalmaqdadır. Həmçinin xeyli sayda zirehli texnika, raket sistemləri, ağır artilleriya
qurğuları həmin ərazilərdə yerləşdirilib. Niyyət isə bəllidir: hərbi təxribatları
davam etdirmək, separatizmi qızışdırmaq. Son 3 ildə biz bunun dəfələrlə şahidi
olmuşuq.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.

Onun sözlərinə görə, ötən gecə düşmənin xain mina terror nəticəsində mülki
şəxslər və Daxili İşlər Nazirliyinin əməkdaşları həlak oldu: “Bu, onu göstərir ki,
düşmən çirkin əməllərindən heç bir halda əl çəkən deyil. Odur ki, hazırda
Azərbaycan tərəfinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri onun tam
suveren haqqıdır, sülh və sabitliyin bərqərar edilməsi üçün vacib addımdır”.

AHİK sədri əlavə edib ki, Ermənistanın məğlub ölkə libasında imza atdığı üçtərəfli
bəyanatın müddəalarına məhəl qoymaması, hərbi təxribatlarını davam etdirməsi,
işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərinə ciddi şəkildə mane olmağa çalışması antiterror əməliyyatını labüd etdi: “İnanırıq ki, Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini tezliklə tərksilah edəcək və öz ərazilərindən çıxararaq ölkəmizin konstitusiya quruluşunu bərpa edəcək”.


Digər xəbərlər

0.23526501655579