Millimiz Niderlanda qarşı

14:17 20-09-2023 | icon 629
Millimiz Niderlanda qarşı

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raundunda mübarizəni davam etdirir.

Yığmamız bu gün yer aldığı A qrupunda ikinci oyununu keçirəcək.

Beş gün əvvəl səfərdə Rumıniyaya 1:3 hesabı ilə məğlub olan Vitali Borisovun kollektivi Bakı İdman Sarayında Niderlandı sınağa çəkəcək. Niderland isə ilk turda doğma arenasında Qazaxıstana (0:3) uduzub.

Dünya çempionatının elit-raundu

A qrupu, II tur

20 sentyabr

 

18:30. Azərbaycan – Niderland

Hakimlər: Yianqos Yianqu, Nikolas Nikolau, Larisa Eleni Avramidu (Kipr)

Hakim-inspektor: Sebastian Stauiçki (Polşa)

UEFA nümayəndəsi: Avi Levi (İsrail)

Bakı İdman Sarayı


Digər xəbərlər

0.22240281105042