Lokal xarakterli antiterror tədbirləri labüd idi

21:38 20-09-2023 | icon 642
Lokal xarakterli antiterror tədbirləri labüd idi

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin
birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi
təhlükə mənbəyidir. Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ
iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması,
Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən
çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş
ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki
işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan
Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal
xarakterli antiterror tədbirlərinə başlanılıb.
Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin
ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş
vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan
çıxarılır. Ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır,
yalnız legitim hərbi hədəflər sıradan məhv edilir.
Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ
bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə
əvvəlcədən minaların quraşdırılması, nəticədə mülki şəxslərin və polis
əməkdaşlarının həlak olması, həmçinin Ordumuzun bölmələrinin minaatanlardan və
müxtəlif çaplı atıcı silahlardan atəşə tutulması faktlarını qeyd edib.
Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Qarabağ bölgəsində sentyabrın
9-da qondarma “prezident seçkiləri”nin keçirilməsi də daxil olmaqla, bu hərəkətlərin
Azərbaycanın suverenliyinə qarşı Ermənistanın və onun yaratdığı və dəstəklədiyi
qondarma separatçı qurumun məqsədyönlü təxribatlarının davamı olduğunu
vurğulayıb. Bildirib ki, bu kimi təxribatçı və təhrikçi əməllərin qarşısının alınması üçün
Azərbaycan bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı olub.
Prezident vurğulayıb ki, antiterror tədbirlərinin həyata keçirilməsi zamanı mülki
əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan
çıxarılır. Ordumuz bütün lazımi xəbərdarlıqları etmişdir. Keçirilən antiterror tədbirlər
barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə
Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırılıb.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı
qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur,
döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar.
Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-
qanuni erməni silahlı dəstələri buraxılır.Sülhün şərti belədir ki, bölgədə sülh və
sabitliyə nail olmağın yeganə yolu erməni silahlı qüvvələrinin Azərbaycanın Qarabağ
bölgəsindən qeyd-şərtsiz və tamamilə çıxarılması, qondarma rejimin buraxılmasıdır.
Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və
bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.

Xalid Əsgərov
Cəlilabad Rayon İcra Hakimiyyətinin əməkdaşı


Digər xəbərlər

0.25915312767029