“Qarabağ” “Mölde”yə qalib gəldi

00:49 22-09-2023 | icon 589
“Qarabağ” “Mölde”yə qalib gəldi

Bu gün Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Turnirdəki təmsilçimiz "Qarabağ" da qrupda ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Tofiq Bəhramov adına Respublika stadionunda Norveçin "Molde" klubunu qəbul edib, Matç Ağdam klubunun qələbəsi ilə başa çatıb. 

Qrupun digər matçında "Bayer Leverkuzen" (Almaniya) "Hekken"i (İsveç) 4:0 hesabı ilə darmadağın edib. 

UEFA Avropa Liqası

Qrup mərhələsi, 1-ci tur

H qrupu

21 sentyabr

"Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç) - 1:0 

Qol: Leandro Andrade, 55

Baş hakim: Con Biton (Şotlandiya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Digər xəbərlər

0.23126196861267