İradə və güc amili - qələbələrimizin təməli

14:39 22-09-2023 | icon 577
İradə və güc amili - qələbələrimizin təməli

       Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin və separatçıların törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, erməni millətçiləri öz revanşist niyyətlərindən əl çəkmir. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

       Baş verənlər təxribatların bir daha Ermənistanın qeyri-ciddi və sabit olmayan şəxslər tərəfindən yönəldiyini nümayiş etdirdi. Proseslərin təhlili deməyə əsas verir ki, Ermənistan rəhbərliyi müstəqil qərar qəbul etmir, xarici havadarlarından aldıqları tapşırıqların əsirinə çevrilib.

        Lokal xarakterli antiterror tədbirləri çox uğurla yerinə yetirildi. Bu, Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir. Azərbaycan Prezidentinin siyasi qətiyyəti, diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində həllini gözləyən məsələlər nəzərdə tutulduğu kimi yerinə yetiriləcəkdir. Heç bir mülki və sosial infrastruktura zərər vurmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıl.

       2023-cü il 20 sentyabr tarixində Prezident İlham Əliyev xalqa müraciətində söylədi ki,  bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, dəmir yumruq yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dilində danışa bilməz! Onu da unutmasınlar ki, Qarabağ Azərbaycandır!

       Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.

       Ermənistanın yeganə çıxış yolu sülhə gəlməkdir Ermənistan tərəfinin bu təcavüzkar addımı beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, habelə Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının pozulması, günədək aparılan normallaşma və sülh prosesinə qarşı ciddi təxribatdır.

Malik Əliyev,

Cəlilabad rayon sakini, YAP fəalı

 


Digər xəbərlər

0.27151918411255