Premyer Liqada VII tura start verilir
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
Ilk oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə “Sumqayıt” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Qarşılaşma saat 18:00-da başlayacaq.
Altı turdan sonra qərb təmsilçisi 10 xalla üçüncü, bir oyun az keçirən “Gənclik şəhəri” klubu yeddi xalla yeddincidir.
Günün digər oyununda “Zirə” “Neftçi”ni qəbul edəcək. Bu matç saat 20:30-da start götürəcək.
Hazırda “Zirə”nin 15 xalı var və vahid liderdir. “Ağ-qaralar” isə altı turdan sonra səkkiz xalla altıncıdırlar.
Qeyd edək ki, tura 24 və 25 sentyabr tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq. “Sabah” “Kəpəz”i, “Səbail” “Araz Naxçıvan”ı qəbul edəcək, “Qarabağ” isə “Qəbələ” səfərinə yollanacaq.
Azərbaycan Premyer Liqası
VII tur
23 sentyabr (şənbə)
18:00. “Sumqayıt” - “Turan Tovuz”
Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Vüsal Məmmədov, Nicat İsmayıllı;
“Kapital Bank Arena”.
20:30. “Zirə” - “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Elşad Abdullayev, Emin Əliyev;
Zirə Olimpiya İdman Kompleksinin stadionu.
-
“Qarabağ” finalda meydan sahibi olacaq
...
-
Klub rəsmisi: "Gələn mövsüm iddiasız çıxış edəcəyik"
...
-
Azərbaycanlı avarçəkən Türkiyədə iki medal qazandı - Video
...
-
Bakıdakı o görüşün hakimləri cəzalandırıldı - Video
...
-
Avarçəkmə üzrə “Prezident Kuboku-2024” start götürür - Video
...
-
“Neftçi” “Yaşıl Gələcək” layihəsinə 1000 ağac ianə edib
...
-
Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
...
-
Sadıq Sadıqov: "Çoxları "Neftçi"nin kuboku qazanacağına inanmırdı"
...
-
“Neftçi” kubokun qalibidir - Video
...
-
"İQ Sports" media və marketinq agentliyi fəaliyyətə başladı
...