Strateji əhəmiyyət kəsb edən layihələr

14:56 27-09-2023 | icon 742
 Strateji əhəmiyyət kəsb edən layihələr

Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə dost və qardaş ölkə olan Türkiyə ilə əlaqələr davamlı olaraq yüksələn xətt üzrə inkişaf edir. Türkiyənin bütün dövlət strukturları Azərbaycanın inkişafı üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər.

       Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan–Türkiyə dövlətləri arasındakı münasibətlər hər iki ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində dayanmadan inkişaf edir, iki xalq arasında əlaqələrin səviyyəsini keyfiyyətcə yeni mərhələyə keçirir. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır.

        Cari ilin 25 sentyabr tarixində Naxçıvanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri zamanı İmzalanmış sənədlər Azərbaycan-Türkiyə əməkdaşlığının bütün müstəvilərdə yüksələn xətlə inkişaf etdiyini təsdiqləyir və bölgədə Azərbaycan-Türkiyə qardaşlığının yaratdığı reallığı əks etdirir. Bu sənədlər iqtisadi müstəvidə perspektiv sahələrdə birgə əməkdaşlığın genişləndirilməsinə geniş imkanlar açır, onlarda həmçinin qarşılıqlı investisiya mübadiləsinin inkişaf etdirilməsi istiqamətində müddəalar yer alır. Bu isə iki dövlət arasında ticarət dövriyyəsinin daha da artmasında mühüm rol oynayacaq.

       TANAP layihəsi, İğdır-Naxçıvan qaz xətti və Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolutarixi hadisələrdir. Bu layihələr Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəklər. Logistik layihələrin potensialı çox böyükdür. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialı1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır.

        İqtisadi əməkdaşlığın dinamikası. Bütün istiqamətlər üzrə, o cümlədən ticarət dövriyyəmizin artırılması istiqamətində önəmli addımlar atılmışdır. Bizim ticarət dövriyyəmiz keçən il 6 milyard dollardan çox olub. Ancaq bu ilin yeddi ayında 40 faiz daha artmışdır və daha da artacaq. Preferensial ticarət anlaşması da imzalanmışdır və o siyahıda olan məhsulların sayı da artır.

       Müştərək maraqların məzmunu genişdir. Bölgədə sülh, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Nəticə etibarı ilə Naxçıvan səfəri qardaş ölkə başçısının Naxçıvan səfəri zamanı irli sürülən müddəalar regionun gələcək inkişafının mühüm təməli kimi qiymətləndirilməlidir.

                                                                                                

Səbinə İsmayılova,     

ADPU Cəlilabad filialında  tədbirlərin  

 təşkili və tələbələrlə iş şöbəsinin müdiri


Digər xəbərlər

0.25072288513184