İlham Əliyev Zəngilanda - Yenilənib


Prezident İlham Əliyev bu gün Zəngilan rayonunda olub.
Dövlət başçısı Alıbəyli kəndinin təməlini qoyub.
***
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.
Dövlət başçısına görülən işlərlə bağlı məlumat verilib.
Bildirildi ki, ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.
Məlumat verilib ki, Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib. Kompleksin tikintisinin qısa müddətdə başa çatdırılması üçün üçnövbəli iş qrafiki tətbiq olunub. Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşlarının da fəal iştirakı ilə tikinti işləri yüksək keyfiyyətdə və standartlara uyğun şəkildə aparılıb.
Kompleksin ərazisində yaşıllıq zonaları, yerüstü parklanma sahəsi mövcuddur. Mərkəzin binasının dam hissəsində günəş panelləri yerləşdirilib.
Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.
***
Prezident, həmçinin “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
***
İlham Əliyev Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.
Sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.






































-
Prezidentlər Dağüstü parkda - Fotolar
...
-
Bakıda Zirvə görüşü keçirilir - Video - Fotolar
...
-
Prezident İlham Əliyev Körfəz Əməkdaşlıq Şurasının Baş katibini qəbul edib
...
-
Prezident qəbul keçirdi
...
-
Prezident Macarıstanın Baş naziri ilə görüşüb
...
-
Prezidentin iştirak etdiyi tədbirdən maraqlı görüntülər - Video
...
-
Prezident qəbul keçirdi - Foto
...
-
İlham Əliyevdən Şuşa ilə bağlı - Sərəncam
...
-
Azərbaycan və İraq prezidentlərinin təkbətək görüşü keçirilib
...
-
Mehriban Əliyevadan Milli Dirçəliş Günü ilə bağlı paylaşım
...