AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qənirə Paşayevanın vəfatı ilə əlaqədar onun yaxınlarına başsağlığı verib
“Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın vaxtsız vəfatı bizi dərindən kədərləndirdi. Bununla əlaqədar onun ailə üzvlərinə və yaxınlarına öz adımdan, həmçinin həmkarlar ittifaqlarının üzvləri adından dərin hüznlə başsağlığı verirəm.
Qənirə xanım, həqiqətən də, işgüzar həmkar idi. Öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlirdi. Ona etimad göstərmiş seçicilərin üzləşdikləri problemlərin həllinə, hüquqlarının qorunmasına şərəflə yanaşırdı. Çox vətənpərvər xanım idi, dövlətimizə sədaqətlə xidmət edirdi. Onun vəfatı xalqımız üçün böyük itkidir.
Əminəm ki, Qənirə xanımın əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Allah rəhmət eləsin”.
-
Laçından - Yeni fotolar
...
-
Şimşək çaxacaq, leysan yağacaq
...
-
“Azərişıq” Gədəbəydə yenidənqurma işlərini davam etdirir - Video
...
-
Qəhrəmanlığın zirvəsi
...
-
Əziz Şuşa – bir tamaşa!
...
-
Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçündür
...
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...