Fərid Qayıbov Türkiyə Respublikası gənclər və idman nazirinin müavini Enes Eminoğlunu qəbul edib

14:27 03-10-2023 | icon 585
Fərid Qayıbov Türkiyə Respublikası gənclər və idman nazirinin müavini Enes Eminoğlunu qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Türkiyə Respublikası gənclər və idman nazirinin müavini Enes Eminoğlunu qəbul edib.

Qonağı salamlayan nazir iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi, gənclər və idman sahələrində də əlaqələrin yüksək səviyyədə olduğunu və günbəgün daha da inkişaf etdiyini qeyd edib. Son illərdə ölkəmizdə gənclər sahəsində görülən işlər və qazanılan uğurlar barədə qonaqlara məlumat verən nazir ölkələrimiz arasında əlaqələrin inkişafında gənclərin rolunun önəmli olduğunu qeyd edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında gənclər və idman sahələrində əməkdaşlığın gələcək perespektivləri müzakirə edilib.

Qəbulda gənclər və idman nazirinin müavini Mariana Vasileva və Türkiyə Böyük Millət Məclisinin üzvü Rümeysa Kadak da iştirak ediblər.


Digər xəbərlər

0.24991703033447