İqtisadi qüdrətimiz artır, sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir

16:08 04-10-2023 | icon 655
İqtisadi qüdrətimiz artır, sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir

74-cü Astronavtika Konqresinin Bakıda keçirilməsi ölkəmizin ictimai-siyasi
həyatında çox mühüm hadisədir. Prezident İlham Əliyevin bu möhtəşəm tədbirdə
söylədiyi fikirlər isə yaddaşlara möhkəm həkk olundu.
Prezident Konqresdəki qonaqların əksər hissəsinin Azərbaycana ilk dəfədir səfər
etdiyini nəzərə alaraq, faktlara əsaslanan dərin məzmunlu çıxışında Azərbaycanda son
zamanlarda əldə olunmuş nailiyyətlərdən danışdı. Bildirdi ki, son 20 il ərzində, ümumi
daxili məhsul dörd dəfə artıb, büdcə gəlirlərimiz 30 dəfədən çox artıb, xarici ticarət
dövriyyəsi on dəfədən çox artıb. Biz birbaşa xarici borcun həcmini azalda bildik və
hazırda o, ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. 2024-cü ilin sonuna
qədər, planlarımıza uyğun olaraq, onun həcmi ümumi daxili məhsulun təxminən 7-7,5
faizini təşkil edəcək. Azərbaycanın xarici valyuta ehtiyatları birbaşa xarici borcumuzu on
dəfə üstələyir. Başqa sözlə, əgər lazım gələrsə, biz bütün borclarımızı bir neçə ay
ərzində ödəyə bilərik. Biz çox müsbət sərmayə mühitini nəinki enerji, o cümlədən digər
sektorlarda yaratmışıq. Beləliklə, son 20 il ərzindəki sərmayələrin ümumi həcmi 300
milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna
yatırılmışdır.
Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan
yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın idi.
Hazırda isə yoxsulluq 5,5 faiz təşkil edir və onu göstərir ki, hasil etdiyimiz və beynəlxalq
bazarlara çıxardığımız təbii sərvətlər lazımi qaydada idarə olunub. Milli sərvətlərin
bərabər paylanması bu gün beynəlxalq ekspertlər və ən vacibi isə, Azərbaycan xalqı
tərəfindən qeyd olunur. Bir sözlə, bütün bunlar əslində göstərir ki, ölkə çox dayanıqlı
vəziyyətdədir. Siyasi, iqtisadi və sosial sabitlik inkişafımızın mühüm meyarıdır, çünki
aydındır ki, əgər vəziyyət sabit və proqnozlaşdırılan olmasa, investorların gələrək öz
kapitalını risk altına atmasını gözləmək olmaz.
Prezident qeyd etmişdir ki, Azərbaycan dünyada ilk dəfə - XIX əsrin ortalarında
neftin hasil edildiyi ölkə kimi tanınır. O zaman dünyada neft hasilatının yarısı
Azərbaycanın payına düşürdü. XX əsrin ortalarında dünyada ilk dəfə dənizdə neft məhz
Azərbaycanda - Xəzər dənizində azərbaycanlı neftçilər tərəfindən hasil edilib;
Müstəqil ölkə olaraq, təbii sərvətlərimiz xalqımızın mənafeyinə xidmət edir. Eləcə
də müstəqillik illərinin sürətli transformasiyası bizim təbii sərvətlərimizin düzgün
istifadəsinin təzahürüdür. Neftlə zəngin olmaq bizim üçün inkişaf etmək, müstəqilliyimizi
gücləndirmək, milli kimliyimizi qorumaq və güclü iqtisadiyyat qurmaq üçün vasitədir;
Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin
xəritəsində Azərbaycan müstəsna əhəmiyyətə malikdir. Enerji təhlükəsizliyi hər bir
ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda
enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-
Avropa təchizatçısı hesab edilir. Bu gün biz göstəririk ki, həqiqətən müstəqil ölkə olmaq
üçün güclü iqtisadiyyat lazımdır. Biz aydın şəkildə anlayırıq ki, bütün əsas səylərimiz
özünü təmin edən iqtisadiyyata necə qurulmasına yönəldilməlidir. Düşünürük ki, biz
buna nail olmuşuq.
Xudayar Sultanlı,

ADPU Cəlilabad filialının direktoru,


Digər xəbərlər

0.3325400352478