AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib
AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib
Təbrikdə deyilir:
“Mənalı və şərəfli ömrünü dövlətimizin inkişafına, xalqımızın parlaq gələcəyinə
həsr edən əziz müəllimlərimizi 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü
münasibətilə ürəkdən təbrik edir, onlara xoşbəxt və firavan həyat, məsuliyyətli
işlərində böyük müvəffəqiyyətlər arzulayıram.
Dəyərli müəllimlər! Peşəkar fəaliyyətinizlə hər zaman cəmiyyətimizin təhsilə,
təhsil işçilərinə inamını artırır, bu peşənin nüfuzunu yüksəldir, müəllim adını, şərəf
və ləyaqətini uca tutursunuz. Gənclərimizdə fəal vətəndaş mövqeyinin
formalaşmasında, onların vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ruhunda
tərbiyə olunmasında, milli və bəşəri dəyərləri mənimsəməsində, müstəqil həyata və
əmək fəaliyyətinə hazırlanmasında Sizin fədakar əməyiniz danılmazdır. Əminliklə
deyə bilərik ki, Siz gənclərimizə verdiyiniz yüksək keyfiyyətli təhsillə ictimai
etimad və hörmətə hər zaman layiq olmusunuz.
Təhsilin inkişafı, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, cəmiyyətdə
nüfuzunun daha da artırılması daim dövlət siyasətinin mühüm istiqamətlərindən
biri olub. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev mütəmadi olaraq
müəllimlərin əməkhaqqının artırılması, mükafatlandırılması, fəxri adlarla təltif
edilməsi ilə bağlı sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı
istiqamətində zəruri tədbirlər görür. Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin
sırasında ölkəmizin təhsil sisteminin inkişafı, modernləşdirilməsi, dünya təhsil
sisteminə inteqrasiyası əhəmiyyətli yer tutur.
Əziz müəllimlər, hörmətli təhsil işçiləri, bir daha Sizi bu əlamətdar Gün
münasibətilə təbrik edir, sağlam və təhlükəsiz əmək, normal iş şəraiti, mənalı və
şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...