Ağstafada “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda toplantı keçirilib
Tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayının keçirilməsi ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.
Əvvəlcə Dövlət Himnimiz səsləndirilib, ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Ağstafa RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova mövzuya dair geniş məruzə ilə çıxış edib, qadınların problemləri, çətinlikləri, gender bərabərliyi, məişət zorakılığı, erkən nikahlar və onların fəsadları, qəyyumluq və himayəçilik, ailə dəyərlərinin qorunmasına dair ətraflı məlumatlar verib.
Diqqətə çatdırılıb ki, son beş ildə Ağstafa rayonunda bu istiqamətdə mütamadi olaraq təşkil olunan toplantı, tədbir və görüşlərin davam etdirilməsi diqqətdə saxlanılır.
Çıxış edən digər natiqlər, Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin şöbə müdiri Həcər Namazova, həkim Samirə Babayeva, Yaradullu kənd ümumi orta məktəbin müəllimi Şəfəq Cəlilova, rayon Mədəniyyət Mərkəzinin məsul şəxsi Xuraman Əzimova, rayon ziyalısı Təranə Abdullayeva, Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Heydərova dövlət qadın siyasətindən, gender bərabərliyindən söz açıblar. Qeyd olunub ki, ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və bu sahədə qanunvericilik bazasının formalaşması məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın misilsiz xidmətləri sayəsində dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoyub. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Mövzuya dair videoçarx nümayiş etdirilib. Toplantıda iştirak edən qadınlar aparılan müzakirələrdə fəal iştirak edərək öz müraciət və təkliflərini irəli sürüblər.
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...