Süleyman Mikayılov səyyar qəbul keçirdi - Fotolar

23:16 06-10-2023 | icon 581
Süleyman Mikayılov səyyar qəbul keçirdi - Fotolar

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Çeyildağ qəsəbəsində səyyar qəbulu keçirilib.

Səyyar qəbuldan əvvəl Qaradağ RİH başçısı və şəhidin valideynləri Çeyildağ qəsəbəsində yerləşən Vətən müharibəsi şəhidi Qədirov Şahin Bayram oğlunun xatirə lövhəsinin önünə gül dəstələri qoyublar.

Daha sonra Süleyman Mikayılovun Çeyildağ qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Qəbulda Çeyildağ qəsəbə sakinləri, həmçinin rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 40-a yaxın qəsəbə sakinləri iştirak edib.

Sakinlərdən 6 nəfəri fərdi qaydada dinləyən S.Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

Qeyd edək ki, Qaradağ icra başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

 

 




Digər xəbərlər

0.26597094535828