Azərbaycanda ən çox satılan lüks avtomobillər - Siyahı
2023-ci ilin yanvar-iyun aylarında Azərbaycanda lüks avtomobil brendləri üzrə satışların həcmi məlum olub.
6 marka üzrə yeni modellərin satışlarının ümumi sayı 1520 ədəd təşkil edib.
Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. 2022-ci ilk yarısında bu rəqəm 767 ədəd təşkil edib.
2023-cü ilin ilk yarısında Yaponiya markası “Lexus” Azərbaycanda yeni modellərin satış həcminə görə lider olub - 424 ədəd.
Siyahıda ikinci olan BMW-nin satışları 2,8 dəfə artaraq 381 ədədə yüksəlib. “Mercedes” isə bu ilin altı ayında 322 ədəd satışla bazar üzrə üçüncü (21.2% bazar payı) olub. Markanın satışları ötən ilin eyni dövrünə nisbətən 68% artıb.
Bu dövrdə “Land Rover”in satışları 2,3 dəfə artaraq 211-ə, “Audi”nin satışları 16,3% artaraq 114-ə, “Porsche”nin satışları isə 13,3% artaraq 68 ədədə çatıb.
-
“Nar”ın dəstəyi ilə “Şəkərbura Şou” olimpiya kubokunun finalı keçirilib
...
-
“Nar” Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlığa başladı
...
-
AZAL-a yeni prezident təyin olundu - Sərəncam
...
-
Salyan rayonunda Aqrar Biznes Festivalı keçirilib
...
-
Bakıda taksi ilə hara gedirlər: Ən çox gedilən yerlərin top-10-u
...
-
Prezidentdən əmək pensiyaları ilə bağlı - Sərəncam
...
-
“CityNet” indi “Nar” mağazalarında
...
-
“Azərsığorta” ləğv olunub
...
-
“Nar” bütün ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir - FOTO
...
-
Azərbaycanda süni brilyant istehsal ediləcək
...