Dövlətlərarası münasibətlərdə varislik ənənəsinin bəhrəsi
Azərbaycanın xarici siyasəti ölkənin milli təhlükəsizliyinin etibarlı təminatıdır.
Bu, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev
tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan
qaynaqlanır. Əsasını varislik ilə yenilik arasındakı tarazlıq təşkil edən bu model
mövcud konyunkturanın dəyişikliklərinə əməli surətdə cavab verməyə, eyni
zamanda, ölkənin davamlı inkişafını təmin etmək üçün əlverişli xarici şəraitin
yaradılmasına yönələn diplomatik strategiyanın saxlanılmasına imkan
yaratmışdır.
1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider
Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin
strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş
hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun
nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi
vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji
maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı
dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ
Milli Məclisin sədri seçilərkən Heydər Əliyev xarici siyasətin başlıca vəzifələrini və
istiqamətlərini müəyyənləşdirdi: “Azərbaycanın müstəqilliyini təmin edən
atributlardan biri xarici siyasətdir, Azərbaycanın sağlam xarici siyasəti olmalıdır,
düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici
siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın,
Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin
və Azərbaycanı de-fakto dünya miqyasında bir müstəqil dövlət kimi tanıtmağı
təmin edə bilsin. Azərbaycanın indiyə qədər belə sağlam düşüncəli xarici siyasəti
olmayıbdır”.
Bütün şüurlu həyatını ölkəmizin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin
müqəddəs ideyaları artıq neçə illərdir ki, uğurla həyata keçirilir. Bu illər ərzində
dövlətlərarası münasibətlərin gücləndirilməsi, iqtisadiyyatın inkişafı, əhalinin
sosial vəziyyətinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması, şəhər və
kəndlərin abadlaşdırılması və müasirləşdirilməsi sahələrində elə nailiyyətlər
qazanılmışdır ki, bunları əvvəlki illərdə müşahidə etməmişdik. Və bütün dünya
bunları görür və təqdir edir. İndi razılıqla qeyd etmək olar ki, Heydər Əliyevin
qurduğu təməl üzərində yeni-yeni tədbirlər həyata keçirilir, müstəqilliyimizin
qorunmasına çox mühüm önəm verilir.
Hazırda müstəqil dövlətimizin çiçəklənməsi və möhkəmləndirilməsi real
prosesə çevrilmişdir, dövlətçilik ənənələrinin zənginləşdirilməsi uğurla davam
etdirilir, xalqımızın nailiyyətləri bütün dünyanın gözü qarşısındadır. Dünya və
Avropa birliyində nüfuzu getdikcə artan, planetin üzərində yaşayan xalqların
ailəsində siyasi və iqtisadi imicini daim möhkəmləndirən respublikamız bu gün
Cənubi Qafqazın ən stabil, siyasi cəhətdən sabit, iqtisadiyyatca güclü ölkəsidir.
Fuad Mürsəlli,
ADPU Cəlilabad filialının müəllimi
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...