İƏT: birgə səylər regionun inkişafına yönəldilir

18:00 12-10-2023 | icon 456
İƏT: birgə səylər regionun inkişafına yönəldilir

Prezident İlham Əliyevin cari ilin 10 oktyabr tarixində İqtisadi
Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına
ünvanlanmış məktubunda deyildiyi kimi, nüfuzlu tədbirlərin Şuşada keçirilməsi
ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq
Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının Azərbaycan xalqı üçün
müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşa şəhərində keçirilməsi əlamətdar
hadisədir. Bu, bir daha göstərir ki, Azərbaycan əməkdaşlığa açıq ölkədir.
Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələrdə
genişlənməsinin tərəfdarıdır. Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm
paytaxtı elan edilməsi əlamətdar hadisədir. Azərbaycan İqtisadi Əməkdaşlıq
Təşkilatının fəal üzvüdür və təşkilata üzv olan dövlətlərlə münasibətlərinə
xüsusi əhəmiyyət verir. İƏT regionumuzun nəhəng iqtisadi potensialından
daha səmərəli istifadə, region ölkələri arasında iqtisadiyyat və ticarət
sahəsində əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1964-cü ildə Türkiyə,
İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı
möhkəmləndirməsi məqsədi ilə yaradılıb. Məqsədi davamlı iqtisadi artıma nail
olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin
liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin
iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və
kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması,
İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsidir. 1992-ci ildə daha 7
dövlət təşkilata üzv olub. Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan,
Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan üzv
ölkələrdir.
Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv
dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin
liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin
iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və
kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması,
İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir.
Azərbaycan İƏT-ə 1992-ci il noyabrın 28-də üzv olub. Ölkəmiz İƏT
daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə
ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili
ticarətin artırılması məqsədilə Azərbaycan 10 müxtəlif saziş imzalayıb.
Diqqətəlayiq haldır ki, İƏT bu gün Azərbaycanın işğaldan azad olunan
ərazilərində aparılan bərpa və yenidənqurma işlərini də diqqətdə saxlayır və
bu torpaqlarda “yaşıl enerji” və azad iqtisadi zonaların yaradılması, sənayenin
inkişafı istiqamətlərində həyata keçirilən layihələrin iştirakçıları sıra­sıra tezliklə
qoşulacağını da bəyan edir

Mübariz Əsədov,
Cəlilabad şəhər 3 saylı tam orta məktəbin direkroru


Digər xəbərlər

0.2633740901947