Dövlətin əlbir iqtisadi inkişafı zamanın tələbidir

18:01 12-10-2023 | icon 324
Dövlətin əlbir iqtisadi inkişafı zamanın tələbidir

Azərbaycan xalqı əlamətdar və tarixi dövrü yaşayır. Xalqımız Azərbaycanın
suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır.
Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması,
separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir.
Ölkəmiz müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla təkcə mühüm
nəqliyyat mərkəzinə çevrilmədi, həmçinin Şərq-Qərb və Şimal-Cənub dəhlizləri
layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfələr verməkdə davam
edir. “Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın
möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat
sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları
təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar
olması işinə xidmət göstərir. Dövlətimizin başçısı İlham Əliyev İƏT-in Şuşada
keçirilmiş tədbirinin iştirakçlarına ünvanladığı məktubda ölkəmizə xüsusi diqqətin,
xalqlarımızın dostluğunun təsdiqi kimi dəyərləndirilərək qeyd edilir ki, birgə səylər
əsasında əməkdaşlığımız irəliləyir, bundan sonrakı qarşılıqlı fəaliyyətin yolları
müəyyənləşdirilir.
Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər arasında iqtisadi
münasibətlər tükənməz potensiala malikdir. Biz suveren ölkə kimi onlarla bütün
sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik.
Regionda yeni reallıqların yaranması səbəbindən əməkdaşlığın perspektivləri
iqtisadiyyatın bütün sahələri üzrə meydana çıxır.
Qarabağın işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən
müharibəsində Azərbaycanın yanında olmaqla, dost dövlətlər yaxşı nümunə
göstərdilər. Bundan əvvəl törədilən soyqırımlar, bir milyondan çox günahsız insanın
doğma yurdundan didərgin düşməsi və mövcud işğal ilə Azərbaycan xalqına qarşı
davam edən zülmlərin aradan qaldırılması heç bir vasitəçiliklə, diplomatik və siyasi
danışıqlarla mümkün olmadı. Azərbaycanın Qarabağ Zəfəri nəticəsində yaranmış
mövcud vəziyyət, cəbhədə qazanılan tarixi Qələbə həm Azərbaycan, həm də İƏT-ə
üzv ölkələr üçün bundan sonra çox faydalı olacaq.
Son illər ərzində infrastruktur layihələrinin və regional inkişaf proqramlarının
uğurla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycanın iqtisadi inkişafı üçün güclü
baza formalaşıb. Davamlı iqtisadi inkişaf ən zəruri makroiqtisadi göstəricilərdən biri
olan adambaşına düşən ÜDM-in həcmində özünü aydın şəkildə göstərmişdir.
Azərbaycanda baş verən iqtisadi inkişaf bu gün dünyada heyrətlə qarşılanır.
Azərbaycanın hər bir bölgəsində yeni, müasir tələblərə cavab verən infrastruktur
yaradılır, elektrik stansiyaları tikilir, qaz və su kəmərləri çəkilir, yollar salınır.
İnfrastrukturun yeniləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən
məqsədyönlü tədbirlər eyni zamanda insanların rahatlığı, firavan yaşayışı üçün
həyata keçirilən sosialyönümlü tədbirlərin mühüm tərkib hissəsidir.

İnanırıq ki, qalib Azərbaycanın beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi
Əməkdaşlıq Təşkilatı ilə yaratdığı imkanlarından bütün region faydalanacaq.


Rəxşəndə Qazımova,
Lənkaran-Astara Regional Təhsil İdarəsi
Cəlilabad rayon təhsil sektorunun aparıcı məsləhətçisi


Digər xəbərlər

0.3034040927887