Erməni vandalizminin təzahürləri

18:03 12-10-2023 | icon 493
Erməni vandalizminin təzahürləri

İqtisadi Əməkdaşlıq Təşkilatının mədəniyyət paytaxtımız qəhrəman Şuşada
keçirilmiş 27-ci iclasında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırılıb. Hazırda yerli erməni
sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi
qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan
Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dialoqun
davam etdirilməsinin bölgədə guya “etnik təmizləmə” aparılması ilə bağlı iddiaların
əsassız olduğunu bir daha sübut etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın
bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi,
Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə
yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu
diqqətə çatdırılıb.
Ermənistan liderləri, separat iddialarla çıxış edən xəyanətkarlar sülhə dair
dəqiq fikrə gələ bilmədilər. İrəvan Azərbaycanı zorakı addımlar atmağa sövq etmək
üçün əlindən gələni edirdi. İrəvan sülh sazişinin imzalanacağını bəyan etdi,
Azərbaycan da bu il sazişin imzalanacağına ümid edirdi. Lakin təəssüf ki, bir çox
oyunçular bununla maraqlı deyillər. Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv
hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa
məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin
qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi olub.
30 illik işğalın Azərbaycan xalqı üçün ən ağır fəsadlarından biri də bəşəri
əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən İslam dininə aid bütün abidələrə
qəsdən vurulmuş ziyandır. Əfsuslar olsun ki, bu dövrdə 67 məsciddən 65-i yerlə-
yeksan edilmiş, qalan məscidlərə qarşı isə heyvanların saxlanılması kimi təhqiramiz
əməllər törədilmişdir. Bu günlərdə daha bir məscidin-Malıbəyli məscidinin
dağıdılması və tövlə kimi istifadə edilməsi faktı aşkar edilmişdir. Bütün bunlar təkcə
azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının hisslərinin təhqir olunması
deməkdir.
Hazırda Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sülh
müqaviləsinin imzalanması və Cənubi Qafqaz bölgəsinin sülh və əməkdaşlıq
məkanına çevrilməsi üçün tarixi şərait yaranmışdır. Regional məsələlərin bilavasitə
region ölkələrinin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edərək Azərbaycan 3+3
əməkdaşlıq formatını irəli sürüb.

Lakin Vətən müharibəsinin bitməsindən üç il keçməsinə baxmayaraq, hələ də
ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər revanşist fikirlər
səsləndirir, xaricdəki havadarlarının köməyi ilə yenidən iftiralar düşünürlər.
Dövlətimizin başçısı bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq edib ki, Ermənistan
siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan
tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu
özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik.
Mikayıl Səfərov , Cəlilabad şəhər sakini, Şəhid atası


Digər xəbərlər

1.0504579544067