“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq

18:15 12-10-2023 | icon 777
“Nar” və NETTY ən yaxşı internet layihələrini mükafatlandıracaq

“Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının sahəsində irəli sürülən təşəbbüslərə dəstək olmaq məqsədilə “Netty” ilə əməkdaşlığını davam etdirir. “Netty” münsifləri hər il Azərbaycanın ən yaxşı İT layihələrini və mühüm veb-resurslarını mükafatlandırırlar.

Müsabiqəyə qatılmaq üçün netty.az saytına daxil olaraq layihənizi aşağıdakı 9 nominasiya üzrə təqdim edə bilərsiniz:

-Dövlət və Elektron Cəmiyyət;

-Sosial məsuliyyət və cəmiyyət;

-Biznes və sahibkarlıq;

-Maliyyə və banklar;

-Elektron ticarət və kommersiya;

-Elm, təhsil və innovasiya;

-Səhiyyə, idman və turizm;

-Məlumat və xəbərlər;

-Mədəniyyət və incəsənət.

Hər nominasiyanın 3 alt kateqoriyası var: Vebsaytlar, Tətbiqlər, Sosial kanallar və səhifələr. İştirak ərizələrinin qəbulu üçün son gün 2023-cü il noyabrın 30-dur.

“Nar”ın baş tərəfdaşlığı ilə keçirilən “Netty” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “Netty” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Azərbaycanda İKT sahəsinin tərəqqisinə yönələn koporativ sosial məsuliyyət (KSM) layihələrinin məntiqi davamıdır. “Nar”ın layihələri haqqında daha ətraflı: nar.az/projects.

Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.


Digər xəbərlər

0.33897399902344