Red Bull Car Park Drift yarışı ikinci dəfə Bakıda keçiriləcək
22 Oktyabr Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı driftyarışlarından biri olan
“Red Bull Car Park Drift”in Azərbaycan üzrə milli finalı keçiriləcək. Seçiləcək qalib, yəni ən yaxşı drifter, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Qətərdə təmsil etmək üçün yola düşəcək.
Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçıMilli Final mərhələsinə yüksələcək. Burada isə, beynəlxalq münsiflər heyəti maneələri ustalıqla keçən və ən yaxşı driftgöstərən iştirakçını maksimum balla qiymətləndirməklə qalib elan edəcək.
2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünyaşöhrətli Abdo Feqali də yarışda iştirak edənlərə dəstək olmaq üçün Bakıya gələcək. O həmçinin 2008-ci ildə Livanda keçirilən ilk “Red Bull Car Park Drift” yarışının da qalibidir.
“Red Bull Car Park Drift” yarışı “Castrol” avtomobilyağlarının, Mazda Azərbaycanın, Dənizkənarı Bulvar İdarəsinin və Turbo.az-ın dəstəyi ilə keçirilir.
Tədbirin xüsusi qonağı ecazkar HİSS olacaq. O, öz yeni treki ilə drift trekində çıxış edəcək.
Bu il, tamaşaçıların yarışı daha rahat izləmələri üçün tribunalara bilet satışı həyata keçirilir.
Biletləri iticket.az saytından və ya şəhərin kassalarında əldə edə bilərsiz.
Əlavə olaraq, seyr edənlərin əyləncəli vaxt keçirməsi üçün tədbirin ərazisində müxtəlif aktivliklər nəzərdə tutulub. Odur ki, bütün drift həvəskarlarını 22 oktyabr, saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinq ərazisində gözləyirik.
Biletləri əldə etmək və ya ətraflı məlumat üçün: Red Bull Car Park Drift
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...