AHİK-də dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

23:49 13-10-2023 | icon 644
AHİK-də dövlətimizin başçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) dövlətimizin
başçısı cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci
ildönümü ilə əlaqədar yığıncaq keçirilib.
Tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların sədrləri və
əməkdaşları iştirak ediblər.
Geniş məruzə ilə çıxış edən AHİK sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu demokratik
siyasi fəaliyyətindən, son 20 ildə Azərbaycanın dinamik və davamlı inkişaf
tarixindən, xalqın xoşbəxt və firavan həyatını təmin edən bütün istiqamətlərdə,
o cümlədən sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlardan söz açıb.
Bildirib ki, Prezident seçildikdən sonra cənab İlham Əliyev regionların sosial-
iqtisadi inkişafına dair dövlət proqramlarına start verdi: “Bu günədək ölkəmizdə
regionların inkişafı ilə bağlı qəbul edilən 4 dövlət proqramı əsasında
Azərbaycanın hər bir bölgəsində misilsiz quruculuq işləri həyata keçirilib, qısa
zamanda regionların siması büsbütün dəyişib. Əhalinin məşğulluğu üçün
minlərlə yeni iş yeri açılıb. Xatırladım ki, ilk dövlət proqramının icrasına
başlanarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyon dollar idi. Bu gün
isə iqtisadi göstəricilərə nəzər yetirdikdə rekord göstəricilərə şahidlik edirik.
Son 20 il ərzində, ümumi daxili məhsul 4 dəfə, dövlət büdcəsinin gəlirləri 30
dəfədən çox, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. 20 ildə ölkəmizə
300 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. İyirmi il əvvəl yoxsulluq
şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olsa da, hazırda ölkədə
yoxsulluq 5,5 faiz təşkil edir. 20 ildə iqtisadiyyatımız 3,5 dəfə artıb. 2022-2023-
cü illərdə strateji valyuta ehtiyatlarımız 14,5 faiz artaraq 67 milyard ABŞ
dollarına çatdırılıb”.

Onun sözlərinə görə, Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır:
“Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqillik illərində öz enerji
təhlükəsizliyinə sərmayə yatırıb, idxalçıdan ixracatçıya çevrilib. 1994-2020-ci
illər ərzidə Azərbaycan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-
Ərzurum, Bakı-Tbilisi-Qars və “Cənub qaz dəhlizi” layihələrini reallığa
çevirib”.
“Ən islahatçı Prezident kimi tanınan cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı
ildə ölkəmizdə ümumxalq referendumu keçirildi. Ölkədə yeni vitse-prezidentlik
institutu yaradıldı. Dövlət başçısının 2017-ci il sərəncamına əsasən, Mehriban
xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması heç də təsadüfi deyildi.
Çünki Mehriban Əliyeva həmin dövrdə həm Milli Məclisin deputatı kimi, həm
də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq
arenada misilsiz işlər həyata keçirirdi. Vətəninə sonsuz sevgisi, milli-mənəvi
dəyərlərə dərin hörməti, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci
vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər oldu”, -
Milli Məclisin deputatı deyib.
Səttar Möhbalıyev qeyd edib ki, Vətən müharibəsi Ali Baş Komandan İlham
Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində Zəfərlə sona
çatdı: “Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan
işğala son qoydu. Bu il aprelin 23-də isə Azərbaycan-Ermənistan sərhədində
sərhəd-buraxılış məntəqəsi qoyulmaqla ərazi bütövlüyümüz tam bərpa edildi.
Sentyabrın 19-da isə Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri ilə
Azərbaycan suverenliyi tam təmin etmiş oldu. Əgər Prezident hansısa sözü
deyirsə və ya hansısa vədi verirsə, onu mütləq tezliklə reallığa çevirir. Cənab
İlham Əliyev hər zaman deyirdi ki, gün gələcək əli Azərbaycan xalqının qanına
batmış, xalqımıza qarşı terror aktları törətmiş hər bir separatçı cəzasını alacaq.
Dövlət başçısının bu bəyanatının da reallaşması çox çəkmədi. Qondarma
qurumun “rəhbər”ləri bir-bir həbs edilərək Bakıya gətirilməkdədirlər”.

AHİK sədri əminliklə ifadə edib ki, həmkarlar ittifaqlarının nümayəndələri hər
zaman olduğu kimi, bundan sonra da cənab İlham Əliyevin ətrafında olacaq,
onun bütün sahələrdə siyasətinə dəstək olacaq.
Tədbirdə həmçinin Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri Cahangir Əliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri
Həmkarlar İttifaqı Respublika Komitəsi YAP həmkarlar ittifaqı komitəsinin
sədri Məhəmməd Məhərrəmov və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək
Prezident İlham Əliyevin dövləti idarə etmək məharətindən, şəxsi
keyfiyyətlərindən, qəbul etdiyi bütün qərarlarda milli maraqlarımızı əsas
tutmasından, eləcə də xalqa misilsiz xidmətlərindən bəhs ediblər.
Tədbirin sonunda İlham Heydər oğlu Əliyevin Azərbaycan
Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar AHİK-
in Bəyanatı oxunub.


Digər xəbərlər

0.27240896224976