Birinci Liqa klubunda qalmaqal - Futbolçular məşqə çıxmadı

17:58 16-10-2023 | icon 1078
Birinci Liqa klubunda qalmaqal - Futbolçular məşqə çıxmadı

Birinci Liqada çıxış edən “İrəvan”klubunun oyunçuları komandanın məşqinə çıxmaqdan imtina edib. Buna səbəb futbolçuların 3 aydır maaş almamasıdır. 

 
 

Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular dəfələrlə rəhbərliklə görüşsə də, maaşları ödənilməyib. Onlar, eyni zamanda idman ləvazimatları ilə də təmin edilməyiblər. Bundan sonra isə futbolçular məşqi boykot ediblər. 

Oyunçular, həmçinin rəhbərliyə bildirib ki, maaşları ödənilməsə, növbəti oyuna da çıxmayacaqlar.  


Digər xəbərlər

0.21502900123596