Erməni mifinə son qoymuş tarixi hərbi əməliyyat

18:15 17-10-2023 | icon 464
Erməni mifinə son qoymuş tarixi hərbi əməliyyat

          27 sentyabrdan dövlətçilik tariximizin, hərbi-siyasi tariximizin yeni bir mərhələsi başlanmışdır. Şanlı Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək uğrunda zəfər yürüşünə başladı və Azərbaycanın müstəqillik tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdı. Bunun adı Vətən müharibəsidir. Azərbaycanın Qələbə salnaməsi tarixə yazıldı. Qələbimiz Prezident İlham Əliyevin, dünya miqyaslı lider kimi apardığı qətiyyətli, hərtərəfli, uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Məhz cənab Prezident, siyasi iradəsi, qətiyyəti, uzaqgörənliyi nəticəsində Azərbaycan xalqı dövlətinin, liderinin ətrafında sıx birləşdi və bu birlik, həmrəylik “dəmir yumruğa” çevrilib Azərbaycan Ordusunun simasında düşmənin başını əzdi. Azərbaycan güclü dövlət olduğunu bütün dünyaya isbat etdi.

       Bu tezislər Prezident İlham Əliyevin Füzuliyə  səfərlərində xüsusi qüdrətlə səslənirdi. Həmin tədbirlərdə tez-tez qeyd olunurdu ki, Prezident İlham Əliyevin həyata keçirdiyi dolğun iqtisadi siyasət, ölkənin gündən-günə inkişaf etməsinə, iqtisadi siyasətin davamı olaraq sosial siyasətin əhalinin rifah halının yüksəlməsinə yönləndiproseslərin tənzimlənməsi, siyasi dialoqun təmin olunması milli birliyin və həmrəyliyin daha da güclənməsinə imkan verdi. Aparılan islahatlar ölkəmizin daha da demokratikləşməsinə şərait yaratdı və nəticədə vətəndaş cəmiyyətini daha da gücləndirdi. Bütün bu uğurlar ona gətirib çıxardı ki, biz bu müharibəyə həm iqtisadi cəhətdən, həm hərbi və həm də beynəlxalq gücləri öz tərəfimizə çəkmək cəhətdən artıq hazır olduq. Ermənistan tərəfinin hərbi və siyasi təxribatları ucbatın-dan danışıqlar dalana dirəndi. Və Ermənistan tərəfindən son hərbi təxribat sentyabrın 27-də baş verdi. Nəticədə Ali Baş Komandan öz vətəndaşlarını qorumaq, ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücum əməliyyatı əmrini verdi.

       Azərbaycanın öz hərbi qüvvələri ilə işğalçıları məğlub etməsi, xalqın inamını özünə qaytardı. İctimai şüurda sağlam əhval-ruhiyyə baş qaldırdı. Vətəndaşların bir-birinə olan münasibəti yeni səviyyəyə qədəm qoydu. Qarşılıqlı hörmət, qayğıkeşlik, mənliyin milli şüura əsaslanması, milli dəyərlərə diqqətin artması, mədəni irsə olan münasibəti dəyişməklə bərabər həmçinin Azərbaycan gəncində qələbə əzmini artırdı. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi və bu gün də yetirir.

      . Bizə qarşı otuz il ərzində çirkin təbliğat aparan, Azərbaycan xalqının ləyaqətini alçaltmağa çalışan artıq öz payını aldı. Daha heç kim dünyada “müzəffər erməni əsgəri” haqqında bir söz demir. Çünki o, on min fərarisi olan ordudur. Ermənistan ordusu yoxdur. Onların otuz il ərzində yığdıqları bütün texnikanı darmadağın etmişik. Onun bir hissəsi Hərbi Qənimətlər Parkında nümayiş etdirilir. Canlı qüvvəsini məhv etmişik. Bunu Azərbaycan xalqı edib və öz üstünlüyünü göstərib. Ermənistan cəmiyyətində real vəziyyətin düzgün təhlili getməlidir. Dənizdən dənizə qədər Böyük Ermənistan xülyasından, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidirlər.

 

Fərqanə Məmmədova

Cəlilabad şəhər bələdiyyəsinin sədri


Digər xəbərlər

0.24981307983398