AFFA Region Liqasının 2023/2024 mövsümünün iştirakçıları və püşkatma tarixi müəyyənləşib
AFFA Region Liqasının 2023/2024 mövsümünün iştirakçıları və püşkatma tarixi müəyyənləşib.
Milli assosiasiyanın mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 19-da yeni mövsümün püşkü atılacaq.
Saat 15:00-da başlayacaq tədbir AFFA-nın iclas zalında təşkil olunacaq.
AFFA Region Liqasında ümumilikdə 39 komanda mübarizə aparacaq. Klublar 4 zona üzrə çıxış edəcəklər. İştirakçılardan 18-i turnirdə debüt edəcək.
Mərkəz zonası: “Ərgünəş”, “Göyçay”, “Hacıqabul”, “Ağcabədi”, “Araz” (İmişli), “İsmayıllı”, “Mil”, “Ümid” (Saatlı).
Cənub zonası: “Biləsuvar”, “Ərkivan” (Masallı), “Lənkəran”, “Masallı”, “Neftçala”, “Qobustan”, “Zəfər 44”.
Şimal-Qərb və Qərb zonası: “Ağstafa Gəncləri”, “Balakən”, “Bərdə”, “Göyəzən”, “Qala” (Goranboy), “Qarxun” (Yevlax), “Şəki”, “VT Gəncə”.
Paytaxt və Şimal zonası: “Çinar Zəngilan”, “Cürət”, “Dirçəliş”, “Gənclər”, “Gənclik”, “Hypers”, İCBFA, “İrəvan”, “Lokomotiv Baku”, “Mübariz”, “Ramana” (Abşeron), “Record Club”, “Şimal” (Xaçmaz), “Şirvanovka”, ŞKGB (Xaçmaz), “Xanlıq” (Qubadlı).
Qeyd edək ki, püşkatmadan bir həftə sonra yeni mövsümün startı planlaşdırılır.
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...