Qaradağda Vətən müharibəsi şəhidləri anıldı

20:56 18-10-2023 | icon 849
Qaradağda Vətən müharibəsi şəhidləri anıldı

Bu gün Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş Abbasov Ruslan Hikmət oğlunun və şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun 3-cü il dönümü ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasimi şəhidin dəfn olunduğu Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş tutub.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Şəhidlərin ailə üzvləri, yaxınları, qazilər, YAP Qaradağ Rayon Təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Aydın Hüseynov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra mərasim iştirakçıları tərəfindən Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında şəhid olmuş Abbasov Ruslan Hikmət oğlunun və şəhid Musaoğlu Ataməli Seyidməmməd oğlunun məzarları önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsinə Quran oxunmuş, daha sonra ehsan verilib.

 

 


Digər xəbərlər

0.29521083831787