Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir
17 oktyabr Füzuli şəhərinin işğaldan azad edildiyi gündür. 2020-ci ildə Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazandı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları yüksək səviyyədə yerinə yetirən Silahlı Qüvvələrimiz 44 gün ərzində torpaqlarımızı döyüş meydanında azad etməyə nail oldu. Azərbaycan ordumuzun rəşadəti, xalqımızın yüksək həmrəyliyi sayəsində özünün ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi və rəhbərliyi ilə qazanılan Füzuli zəfəri tariximizdə əbədi qalacaq. Füzulinin strateji mövqeyi, yerləşdiyi təbii relyef buranı ermənilər üçün çox cəlbedici etmişdi. Hərçənd ki, Birinci Qarabağ müharibəsinin gedişində rayonlarımızı səriştəsiz idarəçilik və xəyanətdən istifadə edərək işğal edən ermənilər 1993-cü il avqustun 23-də Füzuli şəhəri daxil, Horadiz qəsəbəsi və rayonun 82 kəndini də işğal edə bildilər. Düşmən torpaqlarımızı işğal edərkən heç bir beynəlxalq hüquqa sığmayan şəkildə dinc sakinləri öldürür, onları əsir götürür, öz yurd yuvalarından didərgin salırdı. Füzuli işğal edilərkən on minlərlə sakinimiz məcburi köçkünə çevrildi. İşğal olunmuş yaşayış məntəqələrimiz vandal erməni quldurları tərəfindən talan edildi, dağıdıldı, yandırıldı. Bu faktdır ki, işğal dövrü ərzində düşmən Füzuli şəhərini tamamilə dağıdıb. Mülki, inzibati, infrastruktur obyektləri sökülərək, İrana, Ermənistana satılıb. Vandal ermənilər Füzulidə bir dənə də olsun salamat bina saxlamamışdılar. Şəhərə nəzər saldıqda bura sanki, atom bombası atıldıqdan sonra yaranmış xarabalığı xatırladır. Buraya səfər edən beynəlxalq qurumların nümayəndələri gördükləri mənzərə qarşısında şoka düşürlər. Maddi-mədəniyyət nümunələri ilə zəngin olan Füzulinin nadir tarixi abidələri, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilmişdi. İşğala qədər Füzuli rayonu ərazisində qədim tarixi mədəni abidələr, türbələr mövcud olmuşdur. XIII - XIV əsrlərdə bu yurdun yerli sakinləri olan azərbaycanlılar tərəfindən tikilən qədim abidələr erməni vəhşiləri tərəfindən dağıdılıb, yerlə yeksan edilmişdir. Ermənilərin vəhşiliyi bununla da bitmir. Belə ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin son zamanlarda Füzuli rayonunda apardığı təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ-minalar, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinmişdir. Agentliyin icra etdiyi minatəmizləmə əməliyyatları zamanı mülki təyinatlı sahələrdə və ətraf ərazilərdə dəfələrlə rast gəlinən bu kimi tələ-minaların quraşdırılması dinc əhaliyə, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür. Bu ilin sentyabrınadək baş verən mina hadisələrində zərərçəkən 303 nəfərdən 217-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb.
Prezident İlham Əliyev 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etmişdir: “Füzulinin timsalında bütün dünya gördü ki, erməni vəhşiliyi nədən ibarətdir. Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. İşğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Füzuli azad olunanda bir salamat bina olmadı ki, Bayrağımızı qaldıraq. İnsanlara zülm etmək, onlara işgəncə vermək, Azərbaycan xalqına qarşı etnik təmizləmə aparmaq – rəsmi İrəvanın siyasəti bunlardan ibarət olub”.
Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Füzuliyə də səfərləri silsilə xarakter daşıyır. Səfər çərçivəsində təməlqoyma və açılış mərasimlərində iştirak edən cənab İlham Əliyev bu mühüm addımları ilə Böyük Qayıdışı daha da sürətləndirir. Füzulidə aparılan bərpa və quruculuq işlərinin miqyası, intensivliyi, sürəti onu göstərir ki, çox yaxın vaxtlarda böyük qayıdış strateji hədəfinə nail olunacaq.
Yeganə Əliyeva,
Salyan Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri
-
Strateji tərəfdaşlıq və əməkdaşlığımız formalaşır
...
-
Əməkdaşlığın müsbət dinamikası
...
-
Səmərəli siyasi dialoq
...
-
Strateji tərəfdaşlıq münasibətləri genişlənir
...
-
Səttar Möhbalıyev: “Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir”
...
-
"Talassemiyasız həyat naminə" layihəsi çərçivəsində gənclər ilə görüş keçirilib -FOTOLAR
...
-
Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmiz mühüm rola malikdir
...
-
Azərbaycandakı əlverişli mühit iqtisadi əlaqələrin genişləndirilməsinə təkan verir
...
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...