Separatçıların kitabı birdəfəlik bağlandı

13:19 19-10-2023 | icon 476
Separatçıların kitabı birdəfəlik bağlandı

Prezident İlham Əliyevin cari ilin 17 oktyabr 2023-cü il tarixində keçirilmiş “Füzuli şəhəri günü”ndə bu şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə erməni separatizminə son qoyulmasından ətraflı bəhs edib.

Müharibədə tar-mar olan, diz çökən Ermənistan isə bir dövlət və cəmiyyət olaraqöz içindəki qara qüvvələrdən, hikkədən xilas ola bilmir və yaxud bunu şüurlu şəkildə etmək istəmir. Ermənistan cəmiyyəti, buradakı ayrı-ayrı qüvvələr illüziyalara, mifologiyalara o qədər qapılıblar ki, ilk növbədə onların özünə zərər verən məhdud düşüncələrdən kənara çıxa bilmirlər və beləliklə də səslərini kəsməli, ağızlarını  bağlamış olurlar.

Erməni cəmiyyəti reallıq hissini tamam itirməyibsə, necə deyərlər, papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməlidir. Üç onilliyi əhatə edən işğal Ermənistana hansısa bir üstünlük qazandırdımı? Əsla! Əksinə, Azərbaycan ərazilərinin işğalından gözləntiləri şüşə kimi daşlara dəyib çilik-çilik oldu. İşğal faktı erməni ailələrinə Serjik Sarkisyan, Robert Koçaryan kimi  yalançı qəhrəmanların, quldur və cinayətkarların vədlərinə rəğmən, hansısa xəyali xoşbəxtliyi nəsib etmədi. Əksinə, Ermənistan bütün investisiya cəlbediciliyini itirdi, dalan ölkə kimi tanındı, yoxsulluq, işsizlik, sabaha inamsızlıq burada hər kəsin alın yazısına çevrildi.

Bir çoxları təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Biz göstərdik ki, var və bu yaxınlarda bir daha göstərdik, bu mövzu bağlandı. Qarabağ münaqişəsi mövzusu birdəfəlik bağlandı.

 Müzəffər Ali Baş Komandan İlham Əliyev Ermənistan və onun havadarlarının, erməni diasporunun gücü, erməni birliyi barədə yaradılmış mifi darmadağın etdi: Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Çox böyük peşəkarlıq, məharət, şücaət və fədakarlıq tələb etmiş bu döyüşlər haqqında kitablar yazılacaqdır. 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdu, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.

Qarabağ münaqişəsinin tarixə qovuşması ilə ölkəmizin həyatında yeni səhifənin açılması bütün sahələrdə, o cümlədən dövlət quruculuğu və siyasi islahatların davamlılığında yeni mərhələnin başlanmasından xəbər verir. 19-20 setyabrda antiterror əməliyyatı separatizmin dayaqlarını tamamilə darmadağın etdi. Qondarma respublikasnın rəhbərliyində olanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. İndi çay içirlər, istintaq təcridxanasında. Özünü “prezident” adlandıran 3 təlxək bu gün öz layiqli cəzasını gözləyir.

 

İslam İsgəndərov,

Cəlilabad şəhər kommunal

müəssisələri kombinatın direktoru


Digər xəbərlər

0.27329802513123