Gənclər və İdman Nazirliyi xeyriyyə məqsədilə “Qələbə qaçışı” təşkil edəcək
Gənclər və İdman Nazirliyi noyabrın 12-də Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərə həsr olunan “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışı təşkil edəcək.
“Qürurla irəli” şüarı altında keçiriləcək qaçışa qoşulmaq istəyənlər qeydiyyat zamanı xeyriyyə məqsədilə minimum 10 manat iştirak haqqı ödəməlidirlər.
Toplanan vəsait “YAŞAT” Fonduna ianə ediləcək.
“Qələbə qaçışı”nın iştirakçıları Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürəcəklər. Qaçış 2 müxtəlif (5 km və 10 km) məsafəni əhatə edəcək və 10 km məsafədə finişə ilk çatan iştirakçılar qalib elan ediləcəklər. Qaçış çərçivəsində maraqlı tədbirlər də təşkil olunacaq.
Qeyd edək ki, "Qələbə qaçışı” 2021-ci ildən etibarən keçirilir.
-
Mariya Stadnik tarix yazdı
...
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...