Otuz illik həsrətdən sonra Zəngilanın “Şəhər günü”  

14:42 20-10-2023 | icon 621
Otuz illik həsrətdən sonra Zəngilanın “Şəhər günü”  

Biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi Sərəncamı ilə keçirilən Zəngilanın “Şəhər günü”nü qadir xalqın əzəmətli Qələbəsindən qaynaqlanan xoş ümidlərlə qarşıladıq, ağrı-acılı günlərə əlvida dedik. 

        Zəngilan rayonu 1993-cü il oktyabrın 30-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Rayonun sahəsi 730 kvadrat kilometr, əhalisi 45 mindən çox olub. İşğaldan sonra Zəngilan rayonunun əhalisi məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.

        2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qarabağın kəndbəkənd, şəhərbəşəhər işğaldan azad olunması barədə verdiyi xoş müjdələr biri-birini əvəz edir. Bəli, biz əminliklə deyirdik ki, müzəffər Ordumuzun döyüş meydanında rəşadəti qarşısında ermənilər tab gətirə bilməyəcək.

       İşğaldan azad olunmuş rayonda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Prezident İlham Əliyevin səyləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.

         Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə ölkəmizin həyatında yeni səhifənin açılması bütün sahələrdə, o cümlədən dövlət quruculuğu və siyasi islahatların davamlılığında yeni mərhələnin başlanmasından xəbər verir. Azərbaycanın öz daxili imkanlarına arxalanaraq, yeganə rəqibinin zaman olduğunu önə çəkərək bərpa və quruculuq istiqamətində atdığı addımlar Böyük Qayıdışın tezliklə tam mənada gerçəkləşməsinə yönəlib. İşğaldan azad edilmiş ərazilərimizə soydaşlarımızın qayıdışı, orada yeni həyatın başlanması islahatları qaçılmaz edir. Artıq məlumdur ki, bu torpaqlarda təkmil idarəçilik sistemi yaradılıb. Qarabağımız yeni idarəçilik əsasında bərpa edilərək böyük mədəniyyət və turizm məkanına çevriləcək. Bu, bizim doğma Zəngilana da aiddir.

 

Rüstəm Rüstəmov,

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının

 Seyidbazar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi


Digər xəbərlər

0.23302602767944