"Red Bull Car Park Drift" yarışının qalibi müəyyən oldu - FOTOLAR
Dövlət Bayrağı Meydanının dayanacağında artıq ikinci ildir ki, keçirilən “Red Bull Car Park Drift” yarışı keçirildi.
17 nəfər iştirakçı arasından 11 nömrə altında yarışan avtomobilin sürücüsü Niyaz Bədiyev Milli Final mərhələsinin qalibi seçildi. O, bu ilin sonunda “Red Bull Car Park Drift”ın Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Qətərə yola düşəcək. Həmçinin 2-ci, 3-cü və 4-cü yerlərin qalibi müvafiq olaraq Adil Axundov, Pərviz Əzizov və Fərid Quliyev olub.
Azərbaycan Avtomobil Federasiyasının təşkilatı dəstəyi ilə keçirilən “Red Bull Car Park Drift” Milli Final mərhələsinin iştirakçılarını qiymətləndirmək üçün Livan və Mavrikiyadan beynəlxalq münsiflər heyəti iştirak edib. Məhz onların qiymətləndirilməsi ilə ən yüksək xal yığan iştirakçı çempionatın qalibi seçilib.
Qeyd edək ki, iştirakçılar driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və təkələrindən çıxan tüstünün həcminə görə də qiymətləndirilib.
Xatırladaq ki, 2012-ci ildə Abu-Dabidə ən uzun drift edərək adını Ginnesin Rekordlar Kitabına yazdıran dünyaşöhrətli Abdo Feqali də iştirakçılara dəstək olaraq tədbirdə iştirak edib. Yarışın xüsusi qonağı olan HİSS ləqəbiylə tanınan müğənni Röya Məmmədova da tədbirdə iştirak edib. O, yeni trekini səsləndirib.
“Red Bull Car Park Drift” yarışı “Castrol” avtomobil yağlarının, Mazda Azərbaycanın, Bakı Olimpiya stadionun və Turbo.az-ın dəstəyi ilə keçirilib.
-
Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib - FOTO
...
-
Sabiq icra başçısının oğluna yüksək vəzifə verildi
...
-
"Bakı Abadlıq Xidməti" tikinti, quruculuqla yanaşı, həm də abadlaşdırdığı kəndlərdə sağlam, yaradıcı mühit yaratmağa cəhd edir" - FOTOLAR
...
-
Aygün Kazımova Azərbaycan Kubokunun finalından öncə çıxış edəcək
...
-
Bu gün Avroliqada finalçılar müəyyənləşir
...
-
Kamran Nəbizadə TAF-ın prezidenti ilə görüşüb
...
-
Nazir Ülviyyəni qəbul etdi
...
-
Bakı dünyanın “İdman Paytaxtı” seçildi
...
-
Arif Əsədov: "Əsas şərt idman prinsipinin qorunmasıdı"
...
-
Kənan Məstəliyev: "Onları qeyri-peşəkar hesab edirəm"
...