“Qarabağ”ın “Bayer”lə səfər oyunu rumınlara tapşırıldı

22:12 24-10-2023 | icon 806
“Qarabağ”ın “Bayer”lə səfər oyunu rumınlara tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində Almaniyanın “Bayer” və Azərbaycanın “Qarabağ” komandaları arasında keçiriləcək oyunun təyinatları bəlli olub.

Qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Horatiu Feşniçə laynsmanlar qismində Valentin Avram və Alexandru Cerei kömək edəcəklər. Dördüncü hakim funksiyasını Szabolş Kovaç yerinə yetirəcək. VAR-da portuqaliyalı Tiaqu Marins və italiyalı Paolo Valeri olacaq.

Oktyabrın 26-da baş tutacaq “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

0.2681519985199