AKAF-ın baş katibi: “Perspektiv vəd edən idmançılarımız budəfəki yarışda uğurlu çıxış edirlər”
“İkinci dəfədir ki, “Mingəçevir Reqatası”nı təşkil edirik. Bu, ənənəvi tədbirdir, 50 ilə yaxın müntəzəm keçirilib. Biz də bu ənənəni davam etdiririk, hər il keçirəcəyik”.
“Azeripress”in Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) baş katibi Fərhad Əliyev “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri zamanı jurnalistlərə açıqlamasında deyib.
AKAF rəsmisi ötən gün baş tutan yarışlarda Azərbaycan idmançılarının 4 medal qazandıqlarını xatırladıb: “Bunun davamını bu gün də gözləyirik. Artıq bir idmançımız kanoe qayığında medal əldə edib. İnanırıq ki, günün sonuna qədər medallarımızın sayı artacaq”.
F.Əliyev “Mingəçevir Reqatası”nı təşkil etməkdə məqsədin yeniyetmələrin inkişafına kömək olduğunu vurğulayıb: “Ötən il idmançılarımız elə çox nəticə verməsələr də, perspektiv vəd edənlər artıq budəfəki yarışda uğurlu çıxış edirlər. Onlar ölkə xaricindəki turnirlərdə də Azərbaycanı təmsil edirlər və gözlənilən nəticəni qazanırlar. İstədiyimizi görə bilirik”.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” beynəlxalq turnirinə oktyabrın 27-də yekun vurulacaq. Yarış ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının təqvim planına daxil edilir.
-
Ədəhim Nifrəliyev: "Qələbəyə çox ehtiyacımız vardı"
...
-
"Prezident Kuboku-2024": Beynəlxalq reqataya hazırlıqlar başa çatıb
...
-
Mehriban Əliyevadan Ülviyyəyə təbrik - “Səninlə fəxr edirəm!”
...
-
Albaniya - Azərbaycan matçının saatı və məkanı açıqlandı
...
-
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu - Tarixə düşdü
...
-
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirində 1/4 final mərhələsinin oyunları keçirilib
...
-
Azərbaycan çempionatında mövsümün rekordu
...
-
Avarçəkənimiz Paris-2024-ə lisenziya qazanıb
...
-
Daha bir cüdoçumuz Avropa çempionu oldu
...
-
"Reallıq odur ki, "Qarabağ" bir neçə baş üstündür: "Neftçi"dən çempionluq gözləmək absurd olardı"
...