Əli Nağıyev: "Tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq genişləndirilir"

12:05 26-10-2023 | icon 802
Əli Nağıyev:

Azərbaycan tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlığı genişləndirir.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib.

"Prezident İlham Əliyevin fərmanına uyğun olaraq Azərbaycanda Milli Kibermərkəzin qurulması istiqamətində iş həyata keçirilir. Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi və kibertəhdidlərə qarşı mübarizə işinin təşkili yönündə tərəfdaş ölkələrin xüsusi xidmət orqanları və kibertəhdidlərə qarşı mübarizə sahəsində qabaqcıl texnologiya şirkətləri ilə əməkdaşlıq genişləndirilir. Bütün bunlar milli kiberməkanın müdafiə qabiliyyətinin artırılmasına, qlobal kiberməkanda mövqeyimizin güclənməsinə xidmət edir", - deyə o qeyd edib.


Digər xəbərlər

0.22127890586853